Zülfüqar Əhmədzadə

1898 — 1942 · Şair · XIX-XX əsr

  • Azərbaycanca

Zülfüqar Əhməd oğlu Əhmədzadə — Azərbaycan şairi, publisist, tərcüməçi və ictimai-siyasi xadim. "Sıə tolış" qəzetinin redaktoru.

1918-ci ildə "Hümmət" təşkilatının üzvü olub. 1920–1922-ci illərdə Lerik rayonu (Zuvand) Qosmalıan kəndində İcraiyyə Komitəsinin sədri, 1922–1923-cü illərdə Lənkəran qəzasında Torpaq şöbəsinin müdiri işləyib. 1923–1925-ci illərdə Lənkəran Maarif Şöbəsinin müdiri, 1925–1926-cı illərdə Laçın, 1926–1928-ci illərdə Zaqatala, 1928–1929-cu illərdə isə Ağdam icraiyyə komitələrində çalışıb. 1929–1930-cu illərdə Lənkəran Rayon Pedoqoji Texnikumunun direktoru vəzifəsinə təyin edilib. 1930-cu ildə isə o, Mərkəzi Komitəya çağrılıb və Astara Rayonu İcraiyyə Komitəsinin sədri təyin edilib. İlk dəfə olaraq latın qrafikası ilə Talış əlifbasının yaradılması onun adı ilə bağlıdır.

YükləEPUBTXTOrijinal mətn · ictimai mülkiyyət