Povestlər
Abdulla bəy Divanbəyoğlu- Nəsr
- XIX-XX əsr
- 1 əsər
- Oxu müddəti: 58 dəq
I Danüzü idi. Hələ dan ulduzu batmayıb ərşi-fələkdə öz dövrünü edirdi. Mən də meşə cığırı ilə boyumdan uca otların arasından şehə bulana-bulana adət etdiyim sabah gəzməyimdən evə hərəkət edirdim. Gözümə görünən çiçəkləri toplaya-toplaya bir caddə yola çıxdım.