Aşıq Könlü bir gün səhər tezdən dan yeri ağarmamış cardan durub Molla Cumanın evinə gəlir. Qapını döyür. Arvad deyir: -Kimsən? Deyir: -Molla Cumanı istəyirəm. Arvad: -Molla Cumaya xəbər verir. Molla Cuma tumançaq kürkünü çiyninə salıb əlində xəncər Aşığın qabağına çıxır. -Salam. -Əleykəssəlam. Xoş-beşdən sonra Molla Cuma deyir: -Buyur, evə gedək.