Sazım sinəmdə qan ağlar,Yunis Əmrə deyə-deyə.Sinəmi çal-çarpaz dağlar,Yunis Əmrə deyə-deyə.

Qara boyandı el-oba,Çən, çiskin büründü hava.Qəm kökləndi sazda hava,Yunis Əmrə deyə-deyə.

Ağ Aşıq, kütah et sözü,Dönük deyil Tanrı üzü.Görmək üçün dərviş üzü,Gəz, sən Əmrə deyə-deyə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets