Ey Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd

Bəzmdə şirin, rəzmdə möhkəm,Məsələdə arif, əqli başında cəm

Sənin tək cahana gəlmiyüb dilir,Təmam isbat sənə aləmlər bilir

Qovğa günü cür'ət edüb durucu,Kamandar hər yerdən atub vurucu

Gah diyordun: mən arifi-dövran,Güftarıma müntəzirdir neçə xan

Nə babət dolandın, oldun günahxar,Nə oldu təqsirin, oldun günahkar

Bilmədin nə deyib Bəhlul dana,Sözü təmam nəsihətdir qanana

Deyib istəməmiş verməyə zadını,Getmə çağırmamış kimsə adını

Nazım mənəm deyib özünü sanma,Hakimə inanma, durma, dayanma

Sən əmanət sirri demə arvada,Əlbəttə dəxi o da deyər bir yada

Xərif olan əqlin necə olmuşdu,Şeytan sənin bəs qəlbinə dolmuşdu

Bildinmi məgər Xanın halını,Sən yolurdun quşun pərü balını

Bu dünyaya neçə-neçə gəlib can,Ədalətdə bu xan kimi olmaz xan

Bundan belə yüz sürt xak payinə,Yəqin bil ki çörək yoxdur xainə

Random poem

Poems by other poets · Wisdom and advice