Gəl, o ala gözlərinə mən olum fəda,Söylə, hardan yaranmışdır səndə bu qayda,Deyirsən ki: “İnanmıram sənin sevginə –Məhəbbətdən söz açmayır baxışın mənə.

Heç ayrılıq vaxtında da ağlamadın bir,Göz yaşı ki, sevənlərə çətin deyildir!”

Burax, gülüm, şübhələri, sözümə bir bax,Eyib deyil qız yanında məyər ağlamaq?!

O zaman ki, yol üstündə vidalaşdıq biz,Parçalandı iki yerə bütöv qəlbimiz.O zaman ki, ala gözlər dolandı... baxdı...Göz yaşlarım üzə deyil, qəlbimə axdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love