Xırda bir uşaqdın mən görən zaman,Eşqdən, sevdadan yoxdu xəbərin.Baxırdı hər şeyə vurğuntək heyranMəsum quzu kimi xumar gözlərin.

Bəzən rastlaşanda nəzərlərimizUtanıb qaçırdın, yadında varmı?Uşaqdıq, yox idi dərdi-sərimiz,O günlər geriyə heç qayıdarmı?

O şirin çağlardan neçə il keçir,Ömür öz atını çapır dördnala.Söylə, o günləri yad eləyib birBarı getmisənmi sən də xəyala?

Qaynar gözlərini gördüm yenidən,İndi başqa məna duyuram onda...O odlu baxışlar özüm bilmədənQalamış könlümü görünməz oda.

Açmasam sinəmi yandırar bu ah,Bir ürək sözüm var – çırpma daşlara,Sizə bu qış çağı gətirdim pənah,Çatdır öz əlinlə məni bahara!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets