Bir adamın bütün nəsliYer altından qalxsa əgər,Necə rəngli, neçə səsli,Neçə-neçə qiyafəli,Neçə cəsurluq heykəliMilyon-milyon cərgələnər.

Cərgələrdən biri mənimArxamdakı insanlardır:Damarımda çox-çox qədimUlusların, obaların,Nəcib qəlbli babaların –Əcdadımın qanı vardır.

Bir zəncirdir – o cərgəninNə ucu var, nə bucağı,Onun sirli həlqəsininGetsə idi biri bada,Göz açmazdım mən həyataƏsrimizin oğlan çağı.

Nəhayətsiz bu zəncirinSon həlqəsi bəlkə mənəm?Düşündükcə dərin-dərin,Gördükcə dən düşən saçı,Fikr edirdim acı-acı,Ürəyimi sarmışdı qəm.

Övlad eşqi min həsrətləXəyalımda yandırdı şam –O zamanlar çox riqqətləBir ataya nəzər salıb,Qibtə edib, ilham alıbBir şerdə mən yazmışam.

Bəxt üzümə güldü, nə qəm,Gəldi evdən körpə səsi!Sanki təbrik etdi aləmO güldükcə şirin-şirin,Çünki artıq o zəncirinMən deyiləm son həlqəsi!

Bir ağacdan neçə budaqŞaxələnib çıxacaqdır.Öyünməsin ölüm nahaq –Mənim qanım milyonların,Nəsil-nəsil insanlarınDamarında axacaqdır.Mənim gözüm milyonların,Nəsil-nəsil insanlarınGözləriylə bu dünyaya –Ulduzlara, Günə, AyaZaman-zaman baxacaqdır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets