Tuyğunmu, qovğun yoxsa sonamı,Şunda bir tilli var bilmən kimindir,Nəsib olub bizim gülə qonamı,Bir pərli ballı var bilmən kimindir

Vəhdətinə dəlil etmiş xudası,Məftundur şəhrin bayı və gədası,Məst elədi aləmi şirin ədası,Bir dadlı dilli var bilmən kimindir

Qəmzəsi cəlladdır, gözləri xuni,Vəlvələyə verdi çərxi gərdunu,Manənd Tubadır qəddi-mövzunu,Bir incə billi var bilmən kimindir

Şəkər dadı verən ləbi qəndidir,Onun üçün aləm dərdməndidir,Sanma Yaqub oğlu Yusif kəndidir,Yanağı güllü var bilmən kimindir

Ömər aydır nuş edəli eşqin səmindən,Sur tolmadı getdi dərd və qəmindən,Söyləsə dür tökər qönçə fəmindən,Bir üzü xallı bilmən kimindir

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets