Deyən yox
Mənim ərzi-halım bir təriq ilə,Söhbət salıb nazlı yarə deyən yox,Hicran odu saldı məni ayaqdan,Yandi gözəl cismim narə, deyən yox.
Eşq atəşi canda çəkib zəbanə,Aşiqliyim məşhur oldu cəhanə.Pünhan saxlamaqdan yetişdim can,İndi vurub aşikarə, deyən yox.
Halım hökumətli, dövlətli, mallı,Qabağında qullar, şəhləli, şallı,Bir mina gərdənli, buxağı xallı,Siyəh saçlı gülrüxsarə, deyən yox.
Ey üzü gül, boyu sərvü sənubər,Vəsfin eyləmişəm dilimdə əzbər.Bilməm nə səbəbdən yeganə gövhər,Yetişmədi xiridarə, deyən yox.
Bir gülüzlü yara aşiqəm, aşiqBir şiringöftara aşiqəm, aşiq.Mən də bir nigara aşiqəm, aşiq.Əndəlib tək gülüzarə deyən yox.
Kitabxana.az · https://kitabxana.az/en/works/endelib-qaracadagi-deyen-yox
Use ← → keys to move, R for a random poem
More by this author
Hərçənd düşdü eşqin odu canə, ey gözəl,Atəş vurubdu xərməni-imkanə, ey gözəl.
Sərgəştə könlümün yenə min müddəası varSərgəştə könlümün yenə min müddəası var,Qovğalı başımın nə bəlalı bəlası var.
Tarı bilsin, hicr bizar eyləyib candan məniTarı bilsin, hicr bizar eyləyib candan məni,Ey əcəl, imdad qıl, qurtar bu hicrandan məni.
De, danışDolanım başma, olum qurbanın,Ala gözlü yanm, indi de, danış!
Poems by other poets · Love
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Gözəllərin şahı, şuxu nazəninGözəllərin şahı, şuxu nazənin,Yetişibdi hökmun kulli-cəhanə,