Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,Sevgili yardan ayrıFələyə ah-zar getdi

Əzəl başdan sənsən yarım,Vəfalı nazlı dilbərim,Kəsildi səbr və qərarım,Əlimdən ixtiyar getdi

Qurbanam yüzündə xala,Yanaqları gül və lalə,Qəddimi döndərdi dala,Bu gün sürur-qərar getdi

Sevdim boyu bəstəni,Əcayib töhfə nəstəni,Saldı Xəlil şikəstəni,Görək sitəmkar getdi

Random poem

Poems by other poets · Love