Bahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.Xubların sərdarına könlüm düşəli,Ciyər kabab oldu, yandı, neylim.

Baxın indi şol bülbülün zarına,Aşiq oldur kim sarıla yarına,Gətirmədi əhd-iqrarı yerinə,Dilbər iqrarından döndü, neylim.

Mömin qulun cənnət olur məzarı,Dostun dosta kimyadır nəzəri,Yarım yadlar ilən qurmuş bazarı,Gəlmiş mənə içər andı, neylim.

(Katibi) aydır: sil könlünün pasını,Arayıb bul gözlərin xasını,Doldurmuş əlində zəhr tasını,Susu deyib ağu sundu, neylim.

Random poem

Poems by other poets · Love