Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlərSək rəqiblər olsun yarəb şərmsarƏlim yardan üzən yerdir bu yerlər

Mən gərək öpüm yarın ayağınYada salmaz öz dutduğu dostağınİncə-incə qızıl gülün butağınSağ əlilən üzən yerdir bu yerlər

Əzəl başdan qara yazıldı yazımQan ağlaram yara yetməz avarımXumar-xumar qıya baxan şəhnazımQaşın gözün süzən yerdir bu yerlər

Mən Bülbüləm gülşən olur məkanımAçılmamış soldu gülli gülşənimBəxti qara yazan günü yəzdanımQələm alıb yazan yerdir bu yerlər

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love