Füzulinin bir qəzəlini tərbi
Dərdə düşdüm əsərindən sitəmi-hicranın,Çarədən ötrü dolaşdım nərəsin dünyanın.“Dəhənin dərdimə dərman dedilər cananın,Bildilər dərdimi, yoxdur dedilər dərmanın”.
Eşq ikən ruzi-əzəl xilqəti-aləm səbəbiVaizin xalqı nədir nəhyi dəmadəm səbəbi,“Olsa məhbubların eşqi cəhənnəm səbəbi,Hurü qilmanı qalır kəndisinə rizvanın”.
Mələyim, nuri-cəmalın səri afaqa dolub,Atdı bütxanəni Çin əhli, sənə səcdə qılıb.“Keçdi meyxanədən el, məsti-meyi-eşqin olub,Nə mələksən ki, xərab etdin evin şeytanın?”
Vur nə qədər istər isən ox ciyərim yarəsinə,Getmərəm hərgiz ətibba yanına çarəsinə.“Vurmazam Səhhət üçün mərhəm oxun yarəsinə,İstərəm çıxmaya zövqü ələmi-peykanın”.
Qoydu könlümdə fələk istədiyim hər diləyi,Şöleyi-ah ilə mən də yaxaram nöh fələyi.“Yerdən ey dil, göyə qovmuşdu sirişkin mələyi,Onda həm qoymayacaqdır oları əfqanın”.
Dili-divaneyi-Səhhət edəməz tabi-cünun,Onu seyd etməsə zülfün kimi qüllabi-cünun.“Ey Füzuli, olubam qərqeyi-girdabi-cünun,Gör nə qəhrin çəkirəm dönə-dönə dünyanın”.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-fuzulinin-bir-qezelini-terbi
Use ← → keys to move, R for a random poem
More by this author
Ayıl, ey ümməti-mərhumə, ayıl!Ayıl, ey milləti-məzlumə, ayıl!
Qəzet nədir?Ey sananlar qəzeti şeyi-həba.Bu təğafül nə rəvadır, əcəba?
“Ey vətən, getmə ki, əldən gedəriz”Ey vətən, getmə ki, əldən gedəriz!Biləriz fərz sənin xidmətini!
Naleyi-təhəyyür yaxud millətə xitabNə idin dün, nə olmusan bu zaman?Millət, ey banisi-həyati-vətən!