Fəryadi-intibah yaxud amali-vətənpərvarənə
Ayıl, ey ümməti-mərhumə, ayıl!Ayıl, ey milləti-məzlumə, ayıl!Ayıl, ey bülbüli-gülzari-vətən,Nəğmən ilə ola bidar vətən!Sən ki, şəhbazi-yədi-nüsrət idin,Tayiri-sidreyi-ülviyyət idin.Kim səni didəsi giryan eləmiş?Kim səni halı pərişan eləmiş?Sındırıblar nə üçün balü pərin?Hanı ol ruhfəza nəğmələrin?Qanadın altına qoyma başını,Tökmə gül arizinə göz yaşını.Qalx, elə övci-səmayə pərvaz,Bəsdi bu qəflət ilən xabi-diraz.Ayıl, ey xabi-qəmə alüdə!Bu qədər yatma dəxi asudə!Aç gözün, gözlərinin qurbanı!Bir tamaşa elə, gör dünyanı!Xaricilər qabağa düşdü tamam,Nə yaman günlərə qaldı islam.Haləti-nəzə yetişmiş millət,Məhv, nabud oluyor bu ümmət.Ya ilahi, sənə yetməz nə əcəb,Bu qədər naleyi – “yarəb, yarəb?”İndi millət, mədəniyyət dəmidir,Rahi-ümmətdə həmiyyət dəmidir.Qədəməndaz olalım meydanə,Kəsbi-ürfan edəlim mərdanə.Qalxalım, biz dəxi bir ad edəlim,Dövri-əslafımızı yad edəlim.Oxuyaq, elm oxumaqlıq dəmidir,İndi aləm dəxi elm aləmidir.Cəhl edib milləti pabəndi-bəla,Qılalım “Nəşri-maarif”lə rəha.Qəfləti, cəhli fəramuş edəlim,Şahidi-elmi dərağuş edəlim.Kəsbü-elmü şərəfü nam edəlim,Mədəniyyət sarı iqdam edəlim.Bir tərəqqi eliyək dünyadə,Misli nadidə ola ğəbradə.Qibtəbəxşi-həmeyi-aləm olaq.Əşrəfi-növi-bəni-adəm olaq...
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-feryadi-intibah-yaxud-amali-vetenpervarene
Use ← → keys to move, R for a random poem
More by this author
– Nə düşünməkdəsən, a divanə?Yenə bir uyku görmüsən, ya nə?
Yay səhəriOd tutub qırmızı atəşlə yenə yandı üfüq,Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.
Oğlum üçünMələkim, yavrucuğum, şükr edirəm Allaha,Rəhm edib sən kimi nemət mənə əhsan etdi.
SabirSabir! Ey sən sevimli şairimiz,Müqtədir, duzlu sözlü Sabirimiz!
Poems by other poets · Homeland
“Onu bağışlamaq olarmı?” filmindən*Elimin, yurdumun çox baharı var,
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.
Oğlum Əhməd Tofiqə vəsiyyətimBizim də ölkədə Əhməd, gələr bir oylə zaman,Hüquqa malik olur millət, gülür vətənim.
Müxtəlif parçalarTutdum orucu irəmazanda,Qaldı iki gözlərim qazanda,