Nidayi-millət yaxud amali-vətənpərvəranə
Ey əhli-vətən, tərk eləyin büğzü ləcuci!Bir dəm arayın halımıza rahi-əlaci!Sönmüş vətənin sərsəri-cəhl ilə siraci,Vicdanları təlx etdi qəmin, məsləh əcaci,Milliyyəti yad eyləyin, ey milləti-naci!Pək təhlükəli xəstədir islam məzaci!
Yaran, yığılaq bircə quraq məclisi-matəm,Öz halımıza eyləyəlim növhə dəmadəm.İslamın olubdur necə gör rövnəqi bərhəm.Nifrət edir islamın adından bütün aləm.Milliyyəti yad eyləyin, ey milləti-naci!Pək təhlükəli xəstədir islam məzaci!
Qəflət yetər, agahi-təqazayi-zaman ol!Hali-vətənü milləti gör, əşkfəşan ol!Cəhd eylə təriqi-hünərü elmə rəvan ol!Mərdanə bu meydanə cəladətlə divan ol!Milliyyəti yad eyləyin, ey milləti-naci!Pək təhlükəli xəstədir islam məzaci!
Bir eylə təfəkkür, necə gör xar olub islam,Ənvai-bəlaya giriftar olub islam,Biizzətü, bihörmətü biar olub islam,Ancaq quru bir ada nigahdar olub islam.Milliyyəti yad eyləyin, ey milləti-naci!Pək təhlükəli xəstədir islam məzaci!
Bəsdir bu qədər xabi-cəhalətdə ki yatdıq,Millət üzünə babi-tərəqqini qapatdıq.Əslafımızın hörmətü heysiyyətin atdıq,Şəni-vətənü milləti biganəyə satdıq.Milliyyəti yad eyləyin, ey milləti-naci!Pək təhlükəli xəstədir islam məzaci!Ətfi-nəzər et, gör necə tutmuş bizi kabus –Kim, səlb olunub qeyrəti-milliyyətü namus.Ey taleyi-mənhus! Əcəb etdin bizi məyus.Eyvah! Tərəqqi ediriz gör necə məkus.Milliyyəti yad eyləyin, ey milləti-naci!Pək təhlükəli xəstədir islam məzaci!
Afaqi tutub qülğüleyi-bangi-cəzaid.Əqsami-tərəqqivü təalivü fəvaid.Amma olur islamda qəflət mütəzaid.Bu dərdə edin çarə ki, Səhhət ola aid,Milliyyəti yad eyləyin, ey milləti-naci!Pək təhlükəli xəstədir islam məzaci!
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-nidayi-millet-yaxud-amali-vetenperverane
Use ← → keys to move, R for a random poem
More by this author
Yazmaq bir fikrə möhtac isə, tərcü- mə etmək iki fikrə və hüsni-intixab üç fikrə möhtacdır.*Səid bəy*
Bir-iki sözŞairlik iddiasını etməməkdən başqa hələ onun məqami-büləndini vəsf və bəyan etməkdə olan ədəmi-iqtidarımı da kəmali-icz ilə iqrar edirəm. Burasını Şeyx Nizami həzrətlərinin:Pişü pəsi daşt səfi-kibriya
“Sövqat” oxucularına“Sövqat” qəzetinin mövqeyi-intişara qoyulması ilə mətbuatımızın zənginləşməsini və bununla mübarizeyi-həyat meydanında bir qədəm daha irəli qoymamızı görüb də ixtiyarsız da şadlanırdım. Hələ heyətitəhririyəsinin münəvvər gənclərimizdən təşəkkül etməsi məni çox sevindirir. Müvəffəqiyyətlərini diləyirəm. Yalnız quru bir diləməkdən nə fayda? “Keçməsin bu ömrümüz bihudə istimdad ilə” misrasının məzmuni-həqiqətnümununa binaən yalnız diləmək deyil, çalışmaq da lazımdır. Əfradi-millətdən hər kəs gərək öz öhdəsinə düşən vəzifəni ifa etməkdə qeyrət göstərsin. Xassə bu əsri-hazırda, millətlərin çarpışdığı bu zamanda boş oturub quru bir istimdad ilə vaxt keçirmək məsiyətdir. Yaşamaq istəyirsək, gərək çalışalım. Gərək lamə halə qonşularımızda gördüyümüz səy üsullarını qəbul etməkdə tərəddüd göstərməyəlim, qəzetlər, risalələr nəşr edəlim; cəmiyyətlər təşkil edəlim; avam kütləsinin başını bir yerə toplamağa, ümumi ruhu yeniləşdirməyə çalışalım. Fəyyazi-əzəl o vaxtda öz mərhəmətilayətənahisini bizlərə də şamil qılar. Fəqət burada zənni-acizanəmə görə vəzifəmin ən ağırı, ən zəhmətli hissəsi el müəllimlərinin öhdəsinə düşür. Hamıdan artıq gərək onlar ciddi surətdə işə girişsinlər, əzm göstərsinlər. Təpərli olsunlar. Qonşu millətlərin müəllimləri nasıl ciddü-cəhd ilə çalışırlarsa, necə qeyrət göstərirlərsə, biz də onlardan ibrət dərsi alalım. Və lakin nə fayda ki, el müəllimləri adlanan zatların əksəri ana dilinə əsla rəğbət və məhəbbət etmirlər. İstər evlərində, istər məktəblərində ana dilinə dair bir vərəqpara olsun saxlamırlar. Hətta bəziləri var ki, bu dəyərli ada, bu ehtiramlı mövqeyə əsla istehqaqları yoxdur. Əcnəbi dilini bilmədikləri halda ana dillərində qonuşmağa belə tənəzzül etmirlər. Təəssüflər olsun ki, bizim millətdə mühitə çox tez qapılmaq kimi böyük bir nəqisə vardır. Qədimdən bəri bu çirkin adət bizdə mövcuddur. Səviyyeyi-mədəniyyəsi bizdən yüksək olan əqvamın lisanına, adatına, etiqadatına qolaylıqla qapılıb alışmışıq. Məsələn, bir vaxt ərəblərin təhti-hakimiyyətində olduğumuz zaman onların lisanlarına, adətlərinə elə şiftə və firivtə olmuşuq ki, İbn-Sina kimi, Farabi kimi dahilərimiz türk oğlu türk olduqları halda on cildlərə baliğ olan qiymətli əsərlərinin heç birinin türkcə yazmamışlardır. Onlardan sonra yetişən türk şairləri, türk ədibləri ümumən yazdıqları fars dilində olmuşdur. Hələ şairlərimiz, ədiblərimiz dursun, hətta bütün türk sülaləsindən yetişən hökmdarlarımız, padşahlarımız da yazdıqları, qonuşduqları dil fars dili olmuşdur. İndi isə, indi daha nə söyləyim!İş əgər yalnız bir dil bilməyə qalsaydı, yenə dərd yarı idi. Xeyr, əsl əngəl orasındadır ki, əcnəbi millətlərin adətlərinə, etiqadlarına, hissiyyatına qapılmaqda çox laübalıyıq və gələcəkdə bunlardan nə nəticə hasil olduğunu əsla nəzəri-etibara almırıq. Zira bu aşkardır ki, öz qədrini bilməyənin qədrini özgə heç vaxt bilməz. İnsanda gərək izzəti-nəfs, gərək alicənablıq olsun. İnsanam deyən adam gərək bu məziyyətlərə dara olsun. Əgər belə deyilsə, bəs bugünkü gündə bu millətlər müharibəsi nə üçündür? Yəqin ki, bir millət digər millətə üstünlük etmənin qabağını saxlamaq üçündür. Elə isə biz nə üçün öz millətimizi ataq, öz millətimizi mühafizə etmək uğrunda öhdəmizə düşən vəzifəni ifa etməkdə qüsurluq göstərək?
Qəndin vücudumuza olan faydasıBu aləmşümul müharibənin təsirindən bütün müharib və qeyrimüharib dövlətlərin həyati-ictimaiyyələrində bir çox təbəddülat vaqe olduğu hər kəsin məlumu olsa gərəkdir. Xüsusən ən zəruri məkulat cümləsindən olan qənd böhranı hər kəsin zehnini məşğul etdiyi kimi, su üzünün hakimi-ələlitlaqı olan İngiltərə əhalisini də düşündürmədədir. Odur ki, “V.Z.” jurnalında İngiltərə doktorlarından Sili adlı bir nəfərin fövqəzzikr ünvanla mündəric bir məqaləsi vardır ki, onun xülasəsi budur: istemalına mail olduğumuz bəzi əşya var ki, qaliba vücudumuza zərərdir. Onlardan təhriz etməmiz lazımdır. Lakin bəzi şeylər də var ki, sövqi-təbiətlə ona həvəskar və məyyal olduğumuz halda, tibb nöqteyi-nəzərincə də bəqayi-vücudi insanidə onun böyük əhəmiyyəti müşahidə olunur. İştə qənd o qəbildəndir ki, hər kəsin mötadı olduğu kimi, vücudumuzun səhhət və səlamətinə də ən nafe, ən müfid bir şeydir.İndiki halda şəkli-zahirisi ilə məlumumuz olan qənd əyyamisələfdə belə deyildi. Keçmiş zamanlarda Avropa əhalisi qəndin olmasından belə xəbərdar deyildilər. Sevdikləri və yedikləri şirin meyvələr və arılardan əxz olunan bal olmuşdur. Şəkər qamışından qayrılmış qəndi birinci dəfə Hindistandan tacirlər Avropaya gətirdikdə Qərb əhalisinin heyrətinə mucib olmuşdur.