Yay səhəri
Od tutub qırmızı atəşlə yenə yandı üfüq,Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,Oyadır öz sürüsün otlaya yaylaqda çoban.Yumuşaq göy çəmənin üstə düşüb şeh gecədən,İsti yoxdur, hələ var bir balaca meh gecədən.Ağ dumanlar ucalır göy üzünə dağlardan.Çox sərindir havası, keçmə bu yaylaqlardan.Gün çıxır, göydə bulut qırmızı rəngə boyanır,Kəndlilər çox yorulub, uykudan indi oyanır.Pəyədən mal-qaranı bəzi çıxardır qırağa,Bəzi səhrayə gedir işləməyə, bəzi bağa.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-yay-seheri-2
Use ← → keys to move, R for a random poem
More by this author
Rus ədiblərindən A.N.Ostrovskiyə nəzirə*ƏFRADİ - MƏCLİS
Birinci pərdəMəclis vaqe olur hacının hücrəsində. Mirzə Yusif stolun dalında oturub hesaba*baxır:*
İkinci pərdəHacının evi. Bir neçə dənə stol və miz düzülüb, lampa yanır. Hacı əyləşmişdir. Yusif*daxil olur*
YazQızışdırar bahar ayı yerin, göyün havasını,Dəyişdirər, tünüklədər xəlaiqin libasını.