Yadındamıdır?
Ey hüsni-mücəssəm mələkim, nazlı nigarım,Ey idulim, ey idyalım, ey sevgili yarım,Yadındamıdır mazi – o keçmiş gözəl əyyam?Yaz fəsli, gözəl bir gecə, nurani bir axşam?Ay bədr idi, on dörd gecəlik saf səmadə.Afaqə fərəhbəxş idi əşraqü ziyadə.Bir parça bulut hərdən edib gərdişi-şirin,Ağuşə çəkirdi qəmərin qürsi-münirin.Bir ləhzə ayın dövrü yarımzülmət olardı,Sonra çəkilirdi bulut, ay bir də çıxardı.Naz ilə baxardı gülərək ruyi-zəminə,Bənzərdi həyadən yaşınan tazə gəlinə.Yadındamıdır ol gecə? Həmsağərü həmduşOl mənzərəyə qarşı çəmən üstə həmağuş,Yalnız ikimiz yan-yana əyləşmiş idik şad,Bir cənnəti-əladə qəmü qüssədən azad.Çatmışdı budaq baş-başa sərvü gülü şümşad,Bir çətri-təbii yədi-qüdrət edib icad.Ay nuru yaşıl yarpaq arasında firuzan,San təbiyə olmuşdu zümürrüdlə brilyan.Canpərvər idi çeşmeyi-safın cərəyanı,Zövqavər idi səfheyi-ayın ləməanı.Seyr eylər idik ol fərəhfza çəmən üstə.Ahəstə oxurduq dəxi rindanə şikəstə.Hərçənd ki, yox indi ümidim o vüsalə,Neylim, gəlirəm naləyə düşdükcə xəyalə.Əksi-rüxun olmuş dili-qəmididə də mənquş,Haşa, olasan dövri-zaman ilə fəramüş?!Getdinsə də, getməz ürəyimdən qəmi-eşqin,Məncə iki dünyayə dəyər aləmi-eşqin.Yoxdur həvəsim sərvü gülü laləyə sənsiz,Bülbül kimi daim gəlirəm naləyə sənsiz.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-yadindamidir
Use ← → keys to move, R for a random poem
More by this author
Telqraf gündə verir xalqa xəbərBalkan əhvalına dair yalanı.
“Ruskoye slovo”, “Novı vremya”“Ruskoye slovo”, “Novı vremya”Balkandakı vulkanları yandırır,
“Var idi heç olmasa Şirvanda beş-üç il qabaq”Var idi heç olmasa Şirvanda beş-üç il qabaqMəscidin cünbündə tək bir əhli-sünni məktəbi.
Teleqraf müxbiri şərm eyləməyirTelqraf müxbiri şərm eyləməyir,Döndərib aslana balkanlıları.
Poems by other poets · Love
با دلم خوش مهربانی میکند
Yalvara-yalvaraYarım çıxıb yaylaqlara,Qaldım, yalvara-yalvara.
İstəyüp dərdinə eşqin bulmazam andan dəvaİstəyüp dərdinə eşqin bulmazam andan dəva,Nə qədərdür yaşuma çün bilməzəm andan qəza.
Dad çəkməkdənƏ.Müznib əfəndiyə nəzirə*Tükəndi ömrümüz millət yolunda dad çəkməkdən,