“Ruskoye slovo”, “Novı vremya”
“Ruskoye slovo”, “Novı vremya”Balkandakı vulkanları yandırır,Dəm vurarkən insaniyyətdən bu əsr,Qüruni-vüsəta vəhşiyyəti andırır.
Balkandakı müharibəyə Menşikov bu gün“Hürriyyəti-əzimə” – deyə qoymuş ad neçün?“Yekdigərə məhəbbət ediniz!” əmr edib Məsih,Etmir bu qövli-əqdəsə bəs etiqad neçün?
Qəzetlərin iyrənc yalanlarındanİnsan olan kəsin könlü bulanır.Şaqqıldadır damağını Menşikov,Turşu yemiş kimi ağzı sulanır.
Kitabxana.az · https://kitabxana.az/en/works/sehhet-ruskoye-slovo-novi-vremya
Use ← → keys to move, R for a random poem
More by this author
Ey qare! Məqaləmin sərlövhəsi nəzərinizə çarpdıqda bir müsibət xəbəri olduğunu, yəqin ki, biləcəksən. Və lakin hansı böyük bir nemətin millətdən fövtə getdiyini duymamış isən, qoy deyim: qəzetləri, jurnalları oxuduqda o həvəslə oxuduğun gözəl-gözəl şeirlər, şirin-şirin məzmunlar, duzlu-duzlu sözlər ki, bir anda səni həm ağladıb, həm güldürürdü – onları daha bir də görməzsən. Zira onların nazimi, onların mübdəi, onların müxtərei olan sevgili, əziz şairimiz Sabir əfəndi əlimizdən getdi!Yalnız bir istəkli rəfiq, mehriban dost itirdiyimdən bu qədər mütəəssir deyiləm. Bir böyük millət bir qiymətli şair itirdiyindən kədərim bilmüzaəfdir. Sabirin vəfatı millət üçün bir ziyani-əbədidir, bir zərbeyi-fəlakətdir ki, onun ağrısını millət öz vücudunda hələ sonralar dərk edəcəkdir. Biz indilik buralarını danışası deyilik. Əlhal Sabirə bir qədər ağlamaq istəyirəm, ey qare! Sözümü mövqesiz görüb də mənə sərzəniş etmə. O böyük şairə, o istəkli, əziz rəfiqimə xitabən qələmin hissiyyatını bəyan etməkdən keçməm deyirəm:
SabirGüldüyüm şiddəti-təəllümdən, Pürqəməm etdiyim təzəllümdən. Gülüşüm xəndədən gəlib iləri,*Xəndə zən etmə məndə giryələri.*
Sabirin tərcümeyi-halıMirzə Ələkbər Sabir Tahirzadə 1278-ci sənaye-hicridə zihiccə ayının əvvəlinci günündə Şamaxıda təvəllüd etmişdir və rəcəb ayının 28-də, 1329-cu ildə vəfat etmişdir.8 yaşında məktəbə gedib oxuduğunu yazmağa həvəsnak olduğundan mollası tərəfindən afərin əvəzinə döyüldüyünü uşaq dili ilə bu sayaq nəzm etmişdir və rəsmi-xətti də böyləcə imiş:
Şairi-mərhum Sabir əfəndinin qəbriKeçən on iki iyulda sevimli şairimiz Sabir əfəndinin vəfatının bir illiyi münasibətilə heç olmazsa qəbri üzərinə bir daş salmaq üçün atidəki vəch üzrə zəvati-giram ianə buyurdular:Hacı Əbdürrəhim Səmədov 3 manat