Keçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,Hər bir yerə getsə mənim xəyalım,Könül akar mehruxsarım ağlaram

Ol məhəbbəti bünyad eylədin,Sonra bivəfalıq icad eylədin,Aləmi şad, məni naşad eylədin,Mən gedərəm gülüzarım ağlaram

Mən valehəm sənin xətt-u xalına,Əlvanına, yaşılına, alına,Könül quşu məftun olmuş halına,Gecə gündüz, ey nigarım, ağlaram

Didarına mən müştaqəm, mən müştaq,Vaxt bivaxt çəkməkdəyəm iştiyaq,Öldürəcək Məcnunu bu firaq,Ol səbəbdən işvəkarım ağlaram

Qəmnak sevibsən dilbəri-rənanı,Adın sanın bürümüşdür ölkəni,Divanəni gözünü aç bir tanı,Məczubam mən, yox qərarım, ağlaram

Random poem

Poems by other poets · Love