Vurulsun
Gözlərində yüz cəhənnəm odu var,Dodağında yüz cənnətin dadı var,Qəmzəsində yüz cavan fəryadı var,Bu bəlanı gətirən yol yorulsun!
Bu gözəli görməyən göz kor olar,Kirpik çalar, qəlbində yüz qor olar,Yaxın gəlsəm, qoynu mənə gor olar,Ondan qaçsam ayaqlarım qırılsın.
Bu yoldan heç keçməyəydim keşkə mən,Tale, necə oldu düşdüm püşkə mən.Cavanlıqda dözməyirdim eşqə mənBu yaşında Fikrət necə vurulsun.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-vurulsun
Use ← → keys to move, R for a random poem
More by this author
Zəhərdir papiros, zəhər.Çörəkdən qabaq səhər-səhər
ÜmidBir yol gördüm, görən kimi itirdim,Bəxtim kimi məndən döndü baxışlar.
Yaman dili gileyliyəm ömürdənYaman dili gileyliyəm ömürdən,Fərqi azmış qırx yaşın da, yüzün də.
Qurbağa və mənGəldim ki, dərdimi suya danışım,Suyun da dibindən sən çıxdın üzə.
Poems by other poets · Love
Həbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
ÜstünəNazlı yarın gül yanağı,Yaraşıbdı xal üstünə.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Gəl, ey dili-bimarimə olan təbib, ölürəmGel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.