Papiros çəkirəm
Zəhərdir papiros, zəhər.Çörəkdən qabaq səhər-səhərZəhər çəkirəm.Çəkirəm kədərdən, sevincdən,Sevilməsəm, sevilsəm.Elə ki, keyfim nə o yandır,nə bu yandır.Deyirəm: bekarçılıqdır,papirosunu yandır.Ziyandır.Çəkirəm.Deyirəm bu zəhrimardır,Yeni dürgək eşə-eşəMən, ilan kimi, dişlərimdətutmuşam zəhərimi həmişə.Keyfim istəyəndəTən ortadan üzərəm.Keyfim istəyəndə əzərəm.Yandıraram, söndürərəm.Yandırıb külə döndərərəm.
Acıdır zəhər təki,Yazığın iliyini soruram.Yanır, közərir, qaralır.Özünə külü qalır.Ağzıma bal vermiyəcəkmi?O məndən acizdir.Sevincdən ucuzdur.Ömürdən gödəkdir.Zəhərdir,Zərərdir,Gərəkdirçəkirəm.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-papiros-cekirem
Use ← → keys to move, R for a random poem
More by this author
Pəncərə arxasına qara rəng çəkir axşam.Fikirlər göylər boyda.
ÜmidBir yol gördüm, görən kimi itirdim,Bəxtim kimi məndən döndü baxışlar.
Yaman dili gileyliyəm ömürdənYaman dili gileyliyəm ömürdən,Fərqi azmış qırx yaşın da, yüzün də.
Qurbağa və mənGəldim ki, dərdimi suya danışım,Suyun da dibindən sən çıxdın üzə.
Poems by other poets
Oldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,
Şəmaxi şəhri yeksər oldu viranŞəmaxi şəhri yeksər oldu viran,Edər hər guşədə bayquşlar əfqan.
Ay ağa səniƏrş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
Şah-ı Mərdan didi şîr-i nər bənəmŞah-ı Mərdan didi şîr-i nər bənəmKim günəşdən dünyada əẓhər bənəm