Yaman dili gileyliyəm ömürdən
Yaman dili gileyliyəm ömürdən,Fərqi azmış qırx yaşın da, yüzün də.Ürək cavan, saçlarıma düşüb dən,Gözüm qalıb gözəllərin üzündə.
Baxışıyla özlərini öyərlər,Gözlərinlə qadasını alarsan.Dindirərsən birdən “dayı” deyərlər,Dindirməzsən yana-yana qalarsan.
Qocalsaq da çiçəkləri sevirik,Bir də eşqin nə tərsi, nə avandı.Gözəlləri, göyçəkləri sevirikNeyləyək ki, onlar bizdən cavandı.
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-qoca-yaman-dili-gileyliyem-omurden
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Oynar
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
چون دست نمی رسد به سودای امیددر دامن غم کشیده به پای امید
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Gəlsin, gəlməsinBir deyən yoxdur o məhcəmaləAşiqi-nalan gəlsin, gəlməsin?