A sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.Bu tərif sənindir, yaxşı qulaq as,Dolansın boynuma qucaq qolların.

Bu eşqin ucundan canım alışır,Qərib könül bircə sənlə barışır,Bağda gəzən bülbül kimi danışır,Mənim ilə şirin-şirin dillərin.

Əli mail oldu sənin üzünə,Qələm qaş altından ala gözünə,Görüncə yaylubdur yüzünə,Ayna qabağına siyah tillərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love