Gecə-gündüz istəyirəm mən səni,Hamı dünyanın malınca gəlin.Bir saat görməsəm bil ki, ölərəm,Qarşıma gəlibən gör necə gəlin.

Adam olub dilə kimi tutasan,İgid kimi mətləbinə yetəsən,Gecələrdə yanmadacan yatasan,Qol boyun sarmaşıb doyunca gəlin.

Əli dir mən ha səndən doymanam,Bəyan edib sirrin xəlqə yaymanam,Əzəl sevib sonra əldən qoymanam,Əcəlim yetibən ölünca gəlin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death