Əsir doğuldum, əsir getdim, ah, gənc ikən.Vərəm ciyərlərimi dəldi, ömrümü biçdi.Bahar içində həyatım bulud kimi keçdi.Bütün ümidimi qırdı o ruzgari-mihən.Gömüldü, soldu içimdə şükufeyi-əməlim,Mənə təsəlli üçün şimdi sən yetiş, əcəlim!

Vətən, vətən! Mənə oldun məzari-yəs, nədən?Soyuq damarlarımı ah, isitmədi günəşin.Əməl çiçəklərimi heç bitirmədi yağışın.Dodaqlarımdakı al-qırmızı nədir görünən?Yaralı qəlbimin, eyvah, əksi-möhnətidir.Və ya ki, ömrümün amali-daği-həsrətidir.

Çiçəklənib dodağımda əməllərim, heyhat!Baxın, baxın nə qədər pürməlal, pürşivən.Mənə yetişdi şu solğun çiçək bir ümmətdən.İyirmi beş sənəlik bir həyat üçün sovqat.Onu təpiklədi mazi, məzara gömdü bu hal.Fəqət nasıl baxacaqdırsa bilməm istiqbal?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring