Gənc müəllimlərə
Pedaqoji texnikumun on illiyi münasibətilə
– Dünən artıq bir uşaqdın, qansız, cansız, çəlimsiz!Ərimiş bir kölgə kimi uçmuş idi bət-bəniz.On il əvvəl görmüş idim iməklərkən səni mən.Küskün, darğın inləyirdin, heç görmədim səni şən.Həyata göz açmış hələ körpə idin o zaman,İndi həyat fışqırır, bax, o al yanaqlarından.Üz-gözündə bir mətanət, dərinlik və səfvət var.Şən alnında bilgi, zəka ulduzları parıldar.Anlat mənə, hardan doğdu alnındakı bu ulduz?Hardan sənə bu başqalıq?– Bu başqalıqlar yalnızBu alnımda doğan yeni günəşdən bir şəfəqdir,Parlaq ismi inqilabdır, zülmətləri inlədir.Mən də onun ildırımlı qucağında bəsləndim.Şimşək kimi işıqlandım, vulkan kimi səsləndim.Şaşqın, yorğun gözlərimə nur səpdi bu afitab,Mənə qüvvət, səfvət verən inqilabdır, inqilab!
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-genc-muellimlere
Use ← → keys to move, R for a random poem
More by this author
Səməd Vurğuna ithaf edirəm*Vurğunum, get-gedə gəncləşir könül,
BaşlanğıcSiz ey keçən aylar-illər, uzaqlaşan zamanlar,Gənc ömrümün istəyilə qucaqlaşan zamanlar,
Xalq düşməninəDayan, dayan, cahil memar, bina, otaq əyridir,Çünki o əl, o göz, qulaq, o baş, ayaq əyridir.
Bu qürurlu boyun burulmazmı?Bu qürurlu boyun burulmazmı?Bu bulanıq sular durulmazmı?
Poems by other poets
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
عاشقان زان لب شیرین به سخن ساخته اندبوشناسان به نسیمی ز چمن ساخته اند
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.