Bu qürurlu boyun burulmazmı?
Bu qürurlu boyun burulmazmı?Bu bulanıq sular durulmazmı?Söylə, ey kinli, qan içən xain,Zülmə, səbrə nəhayət olmazmı?Şam ki, pərvanəni yaxar, özü dəÖz odunda yanıb kül olmazmı?Ey arı, səndə yox laçın qanadı,Bu fəzalarda o yorlmazmı?Üzgüçü olmayan dərin dənizəGirsə, ey “qəhrəman”, boğulmazmı?Kin ilə çapdığın zülüm atınaBir çidarlı yüyən vurulmazmı?Gecə-gündüz axan bu al qanlarDəniz olsa, yenə sorulmazmı?Bir zaman haqq-hesab çəkərkən elBu cinayətlərin sorulmazmı?Verdiyin bu cəzalara qarşıSənə də məhkəmə qurulmazmı?Bu qoyun cildinə girən qurdunFitnəsi, hiyləsi duyulmazmı?Bu qədər leş yeyən dərə, uçurumİntiqam nərəsiylə dolmazmı?Kim itirmiş mənim itirdiyimi?Bu xəzan yoldu hər bitirdiyimi.
**
Kitabxana.az · https://kitabxana.az/en/works/saiq-bu-qururlu-boyun-burulmazmi
Use ← → keys to move, R for a random poem
More by this author
Bir tülkü gedənlər hinə girib kəndin toyuq-xoruzunu yeyirdi. Kənd əhli bu tülkünün əlindən təngə gəlmişdi. Nə qədər çalışırdılar, onu tuta bilmirdilər.Bir gün həmin kəndin dəvələrindən biri otlaya-otlaya kənddən uzaqlaşır. Doyduqdan sonra dincəlmək üçün bir baş tülkünün yuvasının ağzında uzanır. Özü bilmədən elə uzanır ki, quyruğu yuvanın ağzına düşür. Tülkü dəvəni görüb çox şad olur, öz-özünə düşünür: “Bu ovu mənə baxtım gətirib, quyruğundan tutub bu dəvəni yuvama çəkərəm, sonra da düz bir ay ləzzət ilə yeyərəm”.
Dəvə, tülkü və qurdBir kəndli dəvəni o qədər işlətmişdi ki, bir dəri, bir sümük qalmışdı. Dəvənin işləməyə artıq taqəti yox idi. Ona görə də kəndli dəvəni səhrada buraxıb getdi. Dəvədə nə tərpənməyə, nə də yeməyə hal var idi. Dəvəni bu vəziyyətdə görən tülkü ona yaxınlaşdı:– Dəvə baba, bu səhrada tək başına nə edirsən? Nə üçün bu qədər zəifləmisən?
MuradTiflis şəhərinin yaxınlığında Kolbasan adlı kənd var idi. Bu kəndin dörd bir yanı bağlıq, meşəlik yerlər idi. Elə ki bahar olurdu, ağaclar çiçəkləyir, təpələr, yamaclar yumşaq ot və çiçəklərlə döşənirdi; rəngbərəng güllərin ətri kəndi bürüyürdü. Səhər-axşam quşların gözəl nəğməsinin arası kəsilmirdi. Bahar çağı bu kənd o qədər gözəl olurdu ki, insan baxmaqdan doymurdu.Belə tərifini etdiyimiz kənddə Bilqeys və Murad adında bacıqardaş yaşayırdı. Bilqeys olduqca mehriban və tərbiyəli bir qız idi. Hər gün bağçalarındakı tut ağacının altında palaz salardı; oyuncaq şeylərini də yığıb öz-özünə oynardı. Arabir qonşuları Səltənət də gələrdi. Hər ikisi birlikdə deyər, gülər, oynardılar; otaq bəzəyərdilər, bir-birinə qonaq gedib gələrdilər. Ayaqsayma, gəlin-gəlin oynardılar. Arabir də atası aldığı “Uşaq gözlüyü” kitabının şəkillərinə tamaşa edər və oxuyardılar. Günləri xoş və asudə keçərdi.
ŞələquyruqQarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-birilə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.