Könül
Arsız elin atıbdı vəli mən atanmadımÖz yürdünü satıbdı vəli mən satanmadımZor gəldi nəfsi tez özünü satdı bəzilərBeş gün kama çatıbsa noli,mən çatanmadımQəbri-pakın ya Hüseyn(Ə),müddətdi var istər könülZarə gəlmiş,bir məqami ahu-zar istər könül
Mə-siyət karəm mənə tovfiqin hər gəh yar olurNüqteyi-mücrim gedər,dil məhrəmi əsrar olurQəbri əkbər aşiqi-mənsurə payi-dar olurPayi-dar ölməkligə,bir payidar istər könül
Künci ğəmdə bir nəfər yox mənlə həm avaz olaAz qalıbdır mürği-ruhum cismidən pərvaz olaIstə bu canım səri-kuyində pay əndaz olaDut əlimdən,ğəm günümdə ğəmqusar istər könül
Hər tərəf İskəndəri-dil abi-heyvan axtarırZülməti-ğəmdə gəzər lə”li-bədəxşan axtarırCan verən aşıq həmişə kuyi-canan axtarırCan nisar etməkligə bir can nisar istər könül
Eyləyib şovqi-visalın valehü heyran məniVadiyi-heyrətdə qoyma böylə sərgərdan məniQorxaram salsın ayaqdan mihnəti-hicran məniHicr əlindən canə gəlmiş vəsli yar istər könül
Pərtüvi-nuri-xəyalinlə dolub səhrayi-dilGöz yaşım tək mövcə gəlmiş cuş edər dəryayi-dilTuri-eşqində münacat etməgə musayi-dilTaqətü-tab axtarır,səbrü qərar istər könül
Hicləqahi qasimi hər ləhzə kim yad eylərəmNey kimi gəlləm nəvayə dadü-fəryad eylərəmEyşü-işrət mülkünü ahilə bər bad eylərəmÇün təni-təbdarü çəşmi-əşkibar istər könül
Xatirim olmuş pərişan sünbüli-susən kimiXəlqidən kəsmiş əlayiq riştəsin suzən kimiÇox sevər qəbrin çəkə ağuşə pirahən kimiCan verib vəslə yenə pərvanəvar istər könül
Tündü-badi hicrilə solmuş gülüstanım bənimĞüssədən olmuş xəzan gülbərgi-xəndanım bənimNütqi yox,dildən düşüb mürği-xoşəlhanım bənimBülbüli-şuridə tək fəsli bəhar istər könül
Seyli-ğəmdən az qalıb bünyadi cism olsun xərabZövrəqi-cismim o seyl içrə qalıb misli hübabMəhfili vəslin xəyalilə olub bağrım kəbabİxtiyarım yox,nədim,bi ixtiyar istər könül
Şuri-eşqin şöhrəti əz bəs ki aləmgir olubBinəva Sərraf odur məcnuni-bi zəncir olubAbü-xaki-ğəmlə quya tinətim təxmir olubMihnətü dərdü müsibət,hərnə var istər könül
Kitabxana.az · https://kitabxana.az/en/works/haci-rza-serraf-konul
More by this author
Olmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-gözBir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
Dilim yansın əgər dildən deyənı gəl tərki-naz eyləDilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.
Poems by other poets · Love
Gətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
QayıtmaSəni xatırlaram ömrün başında,Barmağın son dəfə dəyəndə simə.
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Arazın suyuArazın suyu qızılParıldayır pırıl-pırıl.