Fəsli-ibtilayi-Nuh əleyhissəlam
Badiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi iləmüdara qıldı, əmma gün-gündən qövmün cəfası ana ziyadə oldu. Bir gün bir müdbir bir fərzəndi-napəsəndinə Nuhu göstərüb nəsihət qıldı ki: "Ey fərzənd,bizim təriqimizdə bu şəxsə ihanət eyni-ibadətdir [və izhari-məlamət kəmalitaətdir] qafil olmayasan və təqsir qılmayasan". Ol həramzadə ayıtdı: "Ey pedər,olmaya bu vəsiyyət əda olmadan əcəl yetüb bəni bu ibadət səvabindən məhrüm edə". Pəs Həzrəti-Nuha mütəvəccih olub bir daşla cəbini-mübarəkin məcruhedüb məhasini-şərifinə qan rəvan oldu və ol seyli-xunablə dəryayi-bəlayi-tufan təməvvüc edüb Həzrəti Nuh dua qıldı ki: "Rəbbi inni məğlubun fə’ntəsir". Navəki-duası hədəfi-icabətə yetüb və əhateyi-tufan aləmi dutub cəmi’i-müxalifğərqə oldu, həman Nuh tabe’lərilə qurtuldu. Şe’r:
Seyli-bidadü sitəmdir mənşəi-tufani-Nuh,Olmasın qafil bəladan əhli-bidadü sitəm.Xaneyi-zalim gedər seylabə manəndi-hübab,Dutsa tufan aləmi məzlumə tufandan nə qəm.
"Kənzül-Qərayib"də məsturdur ki, zövrəqi-Nuh əyyami-tufanda hər tərəf seyr edərkən xitteyi-Kərbəlaya irişdikdə Hayiriyyə dedikləri mənzildə mütəhəyyir olub, təvəqqüf edüb hərəkətdən düşdü. HəzrətiNuh bu halətə heyrət etdikdə nida gəldi ki: "Ey Nuh, bu ol mənzildir ki, səfineyi-"Məsəlu Əhli-Beyti kə-məsəli səfinəti Nuhun" bu mənzildə qərqeyi-girdabi-xun ola və Əhli-Beytin əksər əfazilü ə’yanın bu mənzili-daireyi-heyrətə buraxıb sərgərdan qıla. Filvaqe’, təəmmül etdikdə münasib görünür hədisi-səhih müqtəzasincə səfineyi-Nuha Əhli-Beyti-risalət. Zira həvayi-nəfsi-əshabi-inadla dəryayi-məsayib mütəlatim olduqda və səhrayi-Kərbəlayi tufani-bəla əhatə qıldıqda hər kim Əhli-Beytə daxil idi, bəlayi-mə’siyətdən nəcat buldu və hər kim xaric idi, həlak oldu.
Rəvayətdir ki, Həzrəti-Hüseyn Mədinədən əziməti-Kufə qıldıqda yeddi yaşında bir mə’suməsi olub mürafiqətinə qüdrət bulmamağın Ümm Sələmə xidmətinə qalmışdı və vaqiyeyi-Kərbəlada Həzrəti İmam şəhid olduqda bir qurabi-mişkinbal pərü balın qanla rəngin edüb, mütəvəccihi-Mədinə olub, Ümm Sələmə divari-sarayinə qonub bal əfşanlıq edərdi. Ol mə’sumə görüb, fərasətlə Hüseynin şəhadətin mə’lum edüb fəğan qıldı. Ümm Sələmə ayıtdı: "Ey məxdumə, nə vaqe’ oldu?" Ol mə’sumə ayıtdı: "Ey əziz, qurab müxbiri-əhvali-Səfineyi-Nuhdur, qaliba bu gün Səfineyi-Əhli-Beyt tufani-bəlayi-dünyadan nəcat buldu və mühərriki-həvayi-qürbi-İlahi anları vərteyi-haildən vasili-sahili-nəcat qıldı. Və bu qürab andan gəlür və anlardan xəbər verür". Ümm Sələmə ayıtdı: "Bu vaqiənin bir nişanəsi var". Ol mə’sumə ayıtdı: "Nişanə nədir?". Ümm Sələmə ayıtdı: "Bir gün Həzrəti-Rəsul xəlvətdən dışrə çıxub bir müddət məksedüb müraciət etdi julidəmuy və qubaraludəruy". Dedim: "Ya Rəsulullah, bu küdurətə bais nədir?" Buyurdu ki: "Ey Ümm Sələmə, bu gecə bana İraqda birməqam göstərdilər ki, ana Kərbəla derlər və ol mənzildə Hüseynin və bə’zi övladının qətlgahını ziyarət etdirdilər və bən ol mənzildən bir miqdar xak alubgəlmişəm". Və mübarək əllərin açub ol toprağı bana təslim etdi və buyurdu ki: "Bu toprağı bir şişədə hifz et". Ol gün ki, və’deyi-şəhadət yetər, bu şişədəki əczayi-türab övraqi-gül kibi qan rəngin dutar". Və bən ol toprağı hifz etmişəm.
Və bir rəvayət dəxi Qazi Əyaz kitabi-"Şəfa"dən nəql etmiş ki, Həzrəti-Rəsul Hüseyni-məzlumun qətlindən xəbər verüb zəmini-Kərbəladan ki, ona Təftəf derlərdi, bir qəbzə xak alub Ümm Sələməyə tapşurdu. Və bir rəvayət dəxi İmam Yafei "Miratül-cinan"da Ənəs bin Malikdən İmam Hənbəl vasitəsilə nəql edüb məstur etmiş ki, bir gün mələküs-səhab hüceyri-risalətə gəlüb Həzrəti-Hüseyn hazır oldu, qolların Həzrəti-Rəsulun boynuna buraxub mübarək gisularıyla bünyadi-müla’əbə qıldı. Mələküs-səhab ayıtdı: "Ya Rəsulullah, bu pərvərdeyi-ne’mətin olan fərzəndi-səadətməndini ümməti-bivəfa dəşti-Kərbəlada qətl edələr". Və Kərbəladan bir miqdar xak nümunə üçün Həzrəti-Rəsulə ərz etdi və Həzrət anı Ümm Sələməyə təslim etmişdi. Əmritəqdir ilə Ümm Sələmə ol şişəyi hazır edüb mülahizə qıldıqda gördülər ki, ol xak xunab olmuş və ol nişanə vüqu bulmuş. Çün nişanə ilə Kərbəla vaqiəsinin keyfiyyətin bildilər, ağazi-müsibət qılub əzayə əzimət qıldılar. Şe’r:
Ya Rəb, nə fitnədir ki, xərab etdi aləmi,Azürdə qıldı ruhi-Rəsuli-mükərrəmi.Ə’yani-Ali-Əhmədə gərdun cəfa qılub,Əşrafi-Əhli-Beytə rəva gördü matəmi.Va həsrəta ki, buldu xələl seyli-fitnədən,Şər’in binayi-mütqinü bünyadi-möhkəmi.Gülzari-Kərbəlaya töküldü nihali-qəmXoşdur kim, anı eyləyə sirab göz nəmi.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-hediqetus-sueda-fesli-ibtilayi-nuh-eleyhisselam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
ÜrəkSən onun eşqilə, məhəbbətiləVurmadın ömrünü başa, ürəyim.
Gəl, ey dili-bimarimə olan təbib, ölürəmGel, ey dili-bimarimə olan təbib, ölürəm,Vüsali-bəzmi mənə olmayan nəsib, ölürəm.
Apardı Saranı sellər...Apardı Saranı sellər, bu ellər Sarasız qaldı,Alışdı Xançobani dərdü qəmdən çarəsiz qaldı.