Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
Tapşırdı səbayə, dedi: Sal zülfü üz üstə,İmanımı verdi mənim axır yelə, qaş-göz.
Bir əyri qaş oynatmağa verdim gözə min can,Bundan belə eylər genə məndən gile qaş-göz.
Hərgiz, bu xətadidə kimi qaş-göz edəmməz,Gər eyni Xətadan gələ min qafilə qaş-göz.
Bir yayıda min ox ata, bir tiri yayılmaz,Qoymubdu, atıb vurmaq üçün, fasilə qaş-göz.
İnsan demək olmaz sənə, sən hurü pərisən,Olmaz, bu müşəxxəsdi, bəşərdə belə qaş-göz.
Göz mərdüməkin-nöqtə, qaşın-sini-kəşidə,Sərlövhi-camalında olub bismilə qaş-göz.
Min aşiqi bir tək tük ilə tük-tükə bağlar,Zülfündə işarə qıla gər bir telə qaş-göz.
Göz üstə dedin, qaş eyləyib canını allam,Qurbanın olum, dönmə sözündən, elə qaş-göz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Eylər bu qədər aləmə qaşü gözü tərif,Verməz niyə Sərrafına yarım, silə qaş-göz?
Kitabxana.az · https://kitabxana.az/en/works/haci-rza-serraf-bir-remzile-yarirn-eder-ehli-dile-qas-goz
Use ← → keys to move, R for a random poem
More by this author
Dilim yansın əgər dildən deyəm gəl tərki-naz eylə,Vəli, dildə təhəmmül qalmayıb, bir qədri az eylə!
Ey bala, ey quzu, ey şux məmə, qurban gözünəEy bala, ey quzu, ey şux məmə, qurban gözünə,Olürəm, bir belə qoyma nəmə, qurban gözünə.
Qəddimi peyvəstə qaşın əydi çövgan eylədiQəddimi peyvəstə qaşın əydi çövgan eylədi,Könlümü, həmvarə, zülfün yıxdı, viran eylədi.
Nolardı məclisimiz bir dəqiqə xəlvət olaydıNolardı məclisimiz bir dəqiqə xəlvət olaydı,Deyib danışmağa cananilən fərağət olaydı.
Poems by other poets · Love
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Yaman dili gileyliyəm ömürdənYaman dili gileyliyəm ömürdən,Fərqi azmış qırx yaşın da, yüzün də.
Ağlama Nigar, ağlamaÜrəyimi eləyib qanAğlama Nigar, ağlama...
Yoxdur aləmdə bir aşiq kim, ola kami rəvaYoxdur aləmdə bir aşiq kim, ola kami rəva,Gər olub, aşiq degil, aşiqdir kami narəva.