Ürəyimi eləyib qanAğlama Nigar, ağlama...Olum gözlərinə qurbanAğlama Nigar, ağlama.

İgid olan cəfa çəkər,Dost yolunda qanın tökər.Ağlamağın bağrım sökərAğlama Nigar, ağlama...

Qəmli könül dəmə gəlməz,Dərdi olan ağlar, gülməz.Qorxaqlar er dərdi bilməzAğlama Nigar, ağlama.

Dəlilərim gələr cuşa,Müxənnət eylər tamaşa.Qan qusacaq Xəlil paşaAğlama Nigar, ağlama.

Meydanda nərə çəkərəm,Göydən od-alov tökərəm.Dağlar, qayalar, sökərəmAğlama Nigar, ağlama.

Koroğluyam ər götürrəm,Mən Bayazıda yetirrəm.Eyvazı alar, gətirrəmAğlama Nigar, ağlama.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love