Qəm tutma, könül, eşqi ziyafətlü deyirlər,Xof ilə bu sərmənzili heybətlü deyirlər

Ol kəs ki içibdir meyi-peymaneyi-eşqi,Heyvan suyu tək nəşəlü, ləzzətlü deyirlər

Ol taifənin atdığı hərgiz yerə düşməz,Aşiq olanın ahını ülfətlü deyirlər

Müşkildə qalıbdır bu Nişatın, tut əlindən,Ya şahi-vilayət, səni mürüvvətlü deyirlər

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love