Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla

Şamaxı topraqından ta ki mən qət olmuşam ney tək,Qamışdan ev tikib Salyan mülkün tutmuşam məva

Zəbəs ki xanəviranəm, xəyalım daxi viranədir,Yığılmaz bir yerə fikrim ki bir beyt eyləyəm inşa

Danışsam hal ü mazidən o bir şərhi-mütəvvəldir,Bir özgə nəhvilə ovqatımı sərf etmişəm bica

Nişatam, bir şeyim yoxdur ki beytülmalıma qalsın,Dürri-nəzmimdən özgə əhli-Rum eylər nəyim yağma

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets