Qəzəl: Təzədən düşdü yenə başıma sevda-sevda
Təzədən düşdü yenə başıma sevda-sevda,Eşq odu qıldı məni aləmə rüsva-rüsva
Görüm, ey şux, səni dərdi-bəla çəkməyəsən,Saxlasın cümlə bəladan səni mövla-mövla
Yarəb, ol günlər olurmu yari-məstanə görüm,Ələ dutmuş qədəh ü sağəri-mina-mina
Gəh bir Leyli məni eylədi Məcnun-Məcnun,Mənzilim oldu gəh damani-səhra-səhra
Düşübən eşq odına, sən də mənim tək yanasan,Görəsən kim nə çəkir aşiqi-şeyda-şeyda
Ey Nişat, eylə müdara sitəmi-yar ilə kim,Eşq əhlində gərək hövsələ dərya-dərya
Kitabxana.az · https://kitabxana.az/en/works/nisat-sirvani-qezel-tezeden-dusdu-yene-basima-sevda-sevda
Use ← → keys to move, R for a random poem
More by this author
Başdan ki xəyali-kəcrəv kakilə düşdüm,Təng oldu ara yerdə işim, müşkilə düşdüm
Qəzəl: Sənin fərşin ki, zahid, buriyadırSənin fərşin ki, zahid, buriyadır,Həqiqət mənzilində bu riyadır
Müxəmməs: Eylədi yar dil ü dinimi viran axırEylədi yar dil ü dinimi viran axır,Qoymadı məndə o tərsa qızı iman axır,
Müxəmməs: Göstərdi mənə dün biri bir qaşı hilalıGöstərdi mənə dün biri bir qaşı hilalı,El bir-birinə mahi-nəvi eylər kimi hali,