Yandım
Yenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.Məhəbbət ötəri hal ha deyilmiş,Ah çəkdim Kərəm tək of, aha yandım!
Yaram hələ sağalmayıb, qaysardı,O səs məni ötən günə qaytardı.Varlığımı haray sardı, hay sardı,Od tutdu bu canım, daha oysandım!
Vəfalı dilbərim üzümə güldü,Şux baxdı üzümə, qəlbimi bildi.Ağ Aşıq, Süsənbər bir əhli-dildi,Görüncə üzünü ilahə sandım.
Kitabxana.az · https://kitabxana.az/en/works/ag-asiq-allahverdi-yandim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Bir qaç ərbabi-həya sizdə də var, bizdə de var.Hədəfi-tiri-qəza sizdə də var, bizdə də var.
İki məktub“...Məni yaman unutmusan, oğlun olandan,Elə onu soruşursan, onu hər zaman.
Qəzəl: Ey biqərar sinədə neştərmisən, nəsənEy biqərar sinədə neştərmisən, nəsən,Peykanmısan, könlümüsən, əxgərmisən, nəsən
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,