Sənin
Alçaqlı, ucalı dağlar,Xub əsir yellərin sənin.Bəlli deyil yayın, qışın,Qar qucar bellərin sənin.
Yay olanda gülün qaynar,Ağır ellər səndə yaylar.Bir cüt yaşılbaş oynar,Bulanır göllərin sənin.
Güllərin solğun olmasın,Süsən-sünbülün solmasın.Yad yerdən ovçu gəlməsin,Bağlansın yolların sənin.
Allahverdi, budur yurdun,Nə bir yerdə məskən qurdun.Xub gözləyib, dürüst vurdun,Qurusun qolların sənin...
Kitabxana.az · https://kitabxana.az/en/works/ag-asiq-allahverdi-senin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Səni görməsəydim
Yəqin kimsəsiz, yetim görünərdim aləmə,Könlümü həmişəlik mən sənə verməsəydim.
Qəzəl: Dilərəm atəşi-qəm dildə fərəvan olsunDilərəm atəşi-qəm dildə fərəvan olsun,Ta ki can məş'ələsin yaxmağa asan olsun
تا دست دست توست میی در ایاغ ریزبر هر زمین که رسی رنگ باغ ریز
Uca dağlarKönlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.