Leyli-nahar hüsnünə mən,Həsrətəm ay ilə-ilə.Şəhdi-şəkər ləbinə mən,Həsrətəm ay ilə-ilə.

Bu yerlərdə bahar-yazdı,Yaylaqları söhbət-sazdı,Demə ki, bu nə avazdı,Həsrətəm ay ilə-ilə.

Qürbət oldu mənə yağı,Ürəyimə çəkdi dağı,Ağ Aşığın cavan çağı,Həsrətəm ay ilə-ilə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation