Yəqin kimsəsiz, yetim görünərdim aləmə,Könlümü həmişəlik mən sənə verməsəydim.Boynubükük qalardı çiçəklərim, güllərim,Onları öz bağımdan adına dərməsəydim.

Boğulardım bəlkə də bir gün qəm dəryasında,Gəncliyimin, ömrümün baharında, yazında,Məhəbbətsiz yaşardım, məhəbbət dəryasındaMən səni görməsəydim, mən səni görməsəydim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring