Eşqinlə gecə-gündüz vuran bu şair ürəkİnan, sevgilim, inan, mənim deyil, sənindir!Sözə varmı ehtiyac, məndən gözəl bilirsən,Məni yaşadan bu can mənim deyil, sənindir!

Bağımda bağban kimi çalışıb tər tökmüşəm,Gözlərimi səninçün bu yollara dikmişəm.Gəl, gör sənin adına, neçə güllər əkmişəm,Bu misilsiz gülüstan mənim deyil, sənindir!

Sənə vurğundur könül, sənə bağlıdır könül,Sənin səadətinlə bahar çağlıdır könül.Sevgilim, bu sözündə, məncə haqlıdır könülSəni sevən Süleyman mənim deyil, sənindir!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love