Qədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim.Qurban olum siyah çeşmin məstinə,Məgər sən insafa gəldin, sevdiyim.

Sabaha dək didələrim uyumazdı,Sənin rəqiblər qanımızdan doymazdı,O zalımlar səni mənə qıymazdı,Sən eylədin vəfa, gəldin, sevdiyim.

Əndəlib tək ayırdılar gülümdən,Ah çəkərəm ürəyimdən, dilimdən,Əğyar tənəsindən mənim elimdən,Çəkdin cövr-cəfa gəldin, sevdiyim.

Yar qapında yaslanaram mən yüz il,Sən tazə qönçəsən, mən şeyda bülbül,Bu dərd məni öldürəcək, yəqin bil,Sən dərdimə şəfa gəldin, sevdiyim.

Mən Qasımam, sinəm haqq kəlamı,Şükür haqqa, yar eşitdi nalamı,Cəmalın şölləsi basmış aləmi,Düşmüş Qafdan Qafa gəldin, sevdiyim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love