Məndən üzün yaşırma kim, səcdəgahım oldur
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Məndən üzün yaşırma kim, səcdəgahım oldur,Seyr edərəm bu çərxi, xurşidü mahım oldur.
Hüsnün çırağın, ey can, pərvanə kimi keçdim,Tarik içində rövşən göründü, rahım oldur.
Pərhiz edərmi aşiq, ey eşqə münkir olan,Dersəm ki, tərkini ur, mənim çü şahım oldur.
Kirpiklərinlə qaşın olmuşdur ismi-ə’zəm,Divdən dəxi nə qorxu, çünkim, pənahım oldur.
Həq də’vidən şəhadət istərlər isə məndən,Mən onu bulmuşam kim, yenə güvahım oldur.
Ey dünyanın rəisi, mənə həqir baxma,Mən necə müflis olum, çün izzü cahım oldur.
Sən məndən olma qafil, istə ki, ta biləsən,Anı ki, tanımışsan, fəzli-ilahım oldur.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nəsimiyəm ki, düşdüm üzün gülündən ayrı,Bülbül kimi çəməndə fəryadü ahım oldur.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-menden-uzun-yasirma-kim-secdegahim-oldur
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Aşıq Şenlik:*Aşığa rəhmin gəlsin, bir danışıb gülsən yar,
ÜrəkDeyirlər: uçsa ürək, qopsa candan,ölər insan.
Hicrani-yar eylədi halu dilim xərabHicrani-yar eylədi halu dilim xərab,Suzi-dərunim etdi cahan əhlini kəbab.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.