Deyirlər: uçsa ürək, qopsa candan,ölər insan.Yalandır, qıpqırmızı yalandır bu!Sevənlərin ürəkdən olmamışdır qorxusu!Neçə ildir, quş kimi qəlbim uçub sinəmdən –ölməmişəm niyə mən?Neçə ildir, kənarda – uzaqlarda durur o;həsrətilə yandığım,Gecə-gündüz andığımİlk sevdiyim bir qızın yollarında vurur o!Vur, ey qəlbim!Dur, ey qəlbim!Daim o yar sorağında,Ta ki, gülsün məhəbbətimsevgilimin dodağında.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love