Güllü dərə
Görən deyir bir cənnətdirQazanlıqda Güllü dərə,Bolqarıstan, Bolqarıstan!Qızlar mahnı oxuyurlarAl gülləri dərə-dərə,Bolqarıstan, Bolqarıstan!Baxışlar saf, ürəklər saf,Əməllər saf, diləklər saf,Torpaq deyil, bir röyadırSanki aləm başdan-başa.Hər kiçik daş bir tarixdir,Hər mənzərə bir tamaşa!Bolqarıstan, Bolqarıstan!Hara baxsan, gül qoxuyur...Gül qoxuyur axan sularGül qoxuyur şirin sözlər,Gül qoxuyur saf duyğular.Gül qoxuyur bu boz dağın,Gül qoxuyur göy yarpağın...Nə gözəldir bu calalın,Nə qəşəngdir bu növrağın,Bolqarıstan, Bolqarıstan!Dünya tamam gülə batsın,Gülə batsın göy də, yer də!Dustaq olub ağlamasınXoş arzular könüllərdə.Uzunburun toplar sussun!..Gözəl olsun daim həyat,Yas görməsin, qoy sevinibGül qoxusun bu kainat,Bolqarıstan, Bolqarıstan!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-gullu-dere
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Əziz ata, bilməz igid oğullar,Şallax nədir, zindan nədir, dar nədir!?
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Dəniz və günəşGecə rahatlıq bilmədi dəniz,gah haray çəkib hönkürdü,
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.