Qızıl qumlarda
Bolqarıstan...Qızıl qumlar...Odlu günəş...Qara dəniz...Dəstə-dəstə göy sulardaSəhər-axşam çimirik bizÇimir alman, çimir bolqar.Çimir çex də, fransız da;
Çimir oğlan, çimir qız da.Bədənimiz gündə yanmış,Qollarımız polad kimi.Gəlir bəzən üstümüzəBoz dalğalar harın-harın –Şahə qalxmış bir at kimi.Bu qardaşlıq dənizindəBirdir sözü insanların,Birdir fikri, hər arzusu,Görən gözü insanların,Saçlar qara, saçlar sarı,Olsa da bil:İnsan oğluÖz eşqindən,Öz sözündən dönən deyil...Qəlbi xain, özü xain,Fikri xain, sözü xainOlan da var, burda əlbət.O namərdlər nə dost bilir,Nə bir vicdan, nə sədaqət.Bəzən hara əssə küləkOnlar ora dönür dərhal,Nə söz qanır, nə də amal!..Lakin həyat,Lakin zaman,Çalxandıqca zaman-zaman.Su üzündə köpük kimiYox olurlar onlar, inan!..Çünki şərin, xəyanətinÖmrü qısa, gözü dardır,Yalnız haqda, ədalətdəBir ölməyən həyat vardır!..Çalxan sən də, gurla, çalxan!Çalxan yenə, Qara dəniz!Üstündəki göylər aydın,Özün gözəl, suyun təmiz!..Çalxan! Şerim bir quş olubMəskən salsın göy sinəndə,Nə hikmətlər, nə mənalarDuydu könlüm bu gün səndə!..Gəl dost olaq, alqışlayaqQardaşlığı, bu ülfəti,Göy üzündə al günəşi,Yerdə bu saf məhəbbəti!..
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-qizil-qumlarda
Use ← → keys to move, R for a random poem
More by this author
Günəşdən soruşdum: – Nədəndir, müdamYanırsan tükənməz bir hərarətlə?
Xəyanət – gözü kor, qulağı da karXəyanət – gözü kor, qulağı da kar,Dayanıb mal kimi baxır üzünə...
– Yenə fikirlisən? Yenə qüssə, qəm?– Yenə fikirlisən? Yenə qüssə, qəm?Heç kimə qalmayıb, inan, bu aləm!
Batıb kənd yolunda qəmə, kədərəBatıb kənd yolunda qəmə, kədərə,Bir ana qərq olub düşüncələrə.
Poems by other poets
Qəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
Dol arvadBəndədən utanmaz, hakimdən qorxmaz,Nə də baxmaz o Mövlaya dol arvad.
BilinSəhər durur kolxozçularTarlaya katan aparır,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.