Bir göyərçin daşa çırpıb
Bir göyərçin daşa çırpıbSındırarsa qanadını,Məlhəm qoyub yarasına,Qurtaracaq fəlakətdənİnsan onun həyatını.Əgər birdən tufan qopubYol üstündə bir söyüdüYıxsa yerə öz kökündən.Dünya görmüş qoca bağbanBel götürüb həmən gündənBaşqa söyüd əkər orda,Bir vaxt keçər, salxım söyüdDalğalanar havalarda.Dağdan axan bir bulağınTutularsa gözü birdən,Əlləriylə açıb insanO bulağın tez gözünü;İlham alıb göydən, yerdən,Gümüş suyun xoş səsiyləAğaclara, çiçəklərəSöyləyər o, hər sözünü!Əgər birdən sönsə günəş,Dünya dönsə bir zülmətə
İnsan oğlu gecə-gündüzQatlaşaraq min zəhmətə,Ömrün şirin yuxusunuBoğa-boğa o, gözündə,Yeni günəş yaradacaqBu sevimli yer üzündə!Əgər insan ağlayarsa,Əgər torpaq ağlayarsa,Əgər zaman ağlayarsa;Od püskürən ildırımlar,Min illərin sarayındaYandırarsa ağlımızınAğır təməl daşlarını,Kim siləcək, ey insanlar,Dünyanın göz yaşlarını?!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-bir-goyercin-dasa-cirpib
Use ← → keys to move, R for a random poem
More by this author
Yaltada gecə yarıEyvandan aya baxdım,
Mən odlu bir qılıncamİgid oğlan, min ata,Döyüşə apar məni.
Qoy çaxsın ildırım, sönsün kiçik şamQoy çaxsın ildırım, sönsün kiçik şam,Dağlara, daşlara tökülsün işıq,
Şərbət də içdim mən, zəhər də gördümŞərbət də içdim mən, zəhər də gördüm;Yenə də var olsun, söylədim, həyat!
Poems by other poets
Boynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Təcnis: Əhəd, lə yəzəl, vahid, yəktaƏhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,