Qoy çaxsın ildırım, sönsün kiçik şam,Dağlara, daşlara tökülsün işıq,Ərisin yollarda qaranlıq axşam,İldırım dağlara versin yaraşıq.

Hər yan işıq olsun, hər yan çıraqban,İşıq da dünyada gözəl nemətdir.Açsın sinəsini işığa insan,Onun hər niyyəti saf məhəbbətdir.

Məhəbbət işıqlı olarsa əgər,Ürək xoşbəxt olar, ömür də gülər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets