Koktebeldə bir dağ gördüm
Koktebeldə bir dağ gördüm –Kəpəz kimi haçadil!Koktebeldə bağlar gördüm –Öz bağımdır elə bil!Qızıl qapı, Sehrli dağYaranmışdır tamaşa;Göz gördükcə baxmaq istər,Az qalır ağlım çaşa!Hər qayanın öz adı var,Hər daşın da öz dərdi.Dağ da qalır, daş da qalır,İnsan gəldi-gedərdi!Ürəyimdə insan qəmi,Gəzdim neçə dağı mən.Qara dəniz yatağındanQopub axdı sinəmdən.Yağma, yağış! Əsmə, külək!İnciməsin Qara dağ,Tale döyüb, zaman çəkibSinəsinə onun dağ,O dağ deyil, bir kitabdır,Qayalar da varağı.Uzaq-uzaq zamanlardanGəlir onun sorağı.Ürək soyuq daş olanda,İtirməyib özünüBu dağlara həkk eləmişİnsan daim sözünü!
Mən bilirəm öz dilim təkQara dağın dilini,Mən bilirəm hər ulduzun,Hər yarpağın dilini.Mən dağlarda şimşəklərləÖz dilimdə danışdım.Burda əsən küləklərləSanki çoxdan tanışdım.Könlümdə bir qala qurduBu qardaşlıq, məhəbbət,Dənizdəki bu fırtına,Dağlardakı əzəmət!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-koktebelde-bir-dag-gordum
Use ← → keys to move, R for a random poem