Uzaqda sanma məni...
Gecə səhrada azsan,Əgər getdiyin yolu,Hər tərəf olsa zülmət,Uzaqda sanma məni.Qəlbimdə ilk məhəbbətBil ki, dönüb bir quşa,Yanına qonaram mən!Ya da bir ulduz olubParçalayıb zülmətiYolunda yanaram mən!Əgər bürküyə düşsən, –Tapmasan bir udum su,Uzaqda sanma məniQoyma gəlsin yaxınaTənhalığın qorxusu.Buludları dağıdıbGöydə ildırım kimiÜstündə çaxaram mən!Olub bir dağ yağışıQəlbinə axaram mən!..Əgər cəbhəyə getsəm, –Pozaraq dəstəmizi,Döyüşdə pərən-pərənSalarsa düşmən bizi,Yıxılsam igidlikləSinəmdə bir laxta qan,Uzaqda sanma məni!Bil ki, qan deyil axan.Eşqimdir, alovlanır.Səndən ayrı düşəliSinəm od tutub yanır!İşdir, qalxmasam ölsəm,(Kim ölməyir dünyada?)Uzaqda sanma məni!Gömülsəm də məzara.Düşmənlərin önündəBaşına örtüb qara,Uzaqda sanma məni!Gözəl məxluqdur insan!Məhəbbətə, əzizim,Nə məkan var, nə zaman.Uzaqda sanma məni!Bir gün məni axtarsan –Görsən də, görməsən də,Bil ki, qərar tutmuşuqSən məndə,Mən də səndə...Uzaqda sanma məni!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-uzaqda-sanma-meni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Ey könül, fikrin nədi, çün gəldi hicran, əlvida!Ölməyim xoşdur, gərəkməz cismi-bican, əlvida!
Bülbül cəhcəhli dünyaMən bugünkü günəm,Sahabkı – keçmiş...
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Gəraylı: Rüxsarın ətrafında nə xoşRüxsarın ətrafında nə xoşDüşübdür danə xalların