Mən səni axtardım
Mən səni ulduzlarınİşığında axtardım,Sevgilim, yarım mənim!Qarışıb şimşəklərə,Dağda dumanı yardım,Al günəşdə, göy sudaDaim səni axtardım,Sevgilim, yarım mənim!Küləklərə qoşulubDolaşdım səhraları,Dolaşdım səhər erkən,Dolaşdım gecəyarı.Sadiq qalıb sevgidəİlqara, sədaqətə,Dözdüm hər məşəqqətə,Sevgilim, yarım mənim!Sünbüllərə baxdım mənBaxdım yolda çinaraAranda qızılgülə,Yaylaqda baxdım qara.Hardan gəldi sorağın,Atımı çapdım ora,Sevgilim, yarım mənim!..Bənövşəni dindirdim,Dindirdim nərgizi mən:Dostum oldu şəlalə,Dostum oldu göy çəmən.Hər ümmanda, hər göldəSəni gəzdim, axtardım,Sənin arxanca vardım,Sevgilim, yarım mənim!..Yox, yox! Axtardım səni, –Gəzdim insan içindəGəzmədim başqa yerdə.Gördüm səni nəşədə,Gördüm səni kədərdə,Sevgilim, yarım mənim!İnsandakı etibarYer üzündə kimdə var,Sevgilim, yarım mənim?!..Çəkməsək heç bir cəfa,Axtarmasaq yarı biz,Gəzməsək məhəbbəti,Yaşamağın dünyadaOlmaz əsla ləzzəti,Sevgilim, yarım mənim!
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-men-seni-axtardim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin
DərdimBadi-səba, Yaradanın eşqinəEylə nəhan, söylə yarə dərdimi
Dolana-dolanaBülbül idim, gülə həsrət,Qaldım dolana-dolana.